Uçan maşın gerçək oldu

Xəyal dünyası, bəlkə də, bu həyatda məhdudlaşdırıla bilməyən yeganə şeydir. Və artıq yeni texnologiyalar sayəsində əksər xəyallar gerçək olmağa başlayır. Məsələn uçan maşın kimi. Bu məqalədə sizə məlumat verəcəyim Kuadkopter B adlı bu cihaz həm maşın, həm də helikopter olmaq xüsusiyyətinə sahibdir. Polikarbondan istehsal edilən kuadkopter, polikarbon enerjisinin sayəsində həm müvazinətini qoruyub saxlaya bilir, həm də qırılmayan və çatlamayan səthə malikdir.

Hələlik batareya ilə işləyən bu cihaz 15 dəqiqəlik enerji yığma müddəti ilə təxminən yarım saat həm yerdə, həm də havada istifadə edilə bilir. Bundan əlavə, 32 GB SD karta sahib olan kuadkopter, maşın istifadə olunarkən olanları qeydə alır. Eyni zamanda hava kamerası olaraq da istifadə edilə bilən bu maşın tezliklə bazara çıxarılacaq, qiymətinin 190 dollar olacağı gözlənilir.