Uberdən gözlənilməz dəyişiklik

Uber son 4 ildə ilk dəfə daxili dizaynında dəyişiklik edib. Artıq istifadəçilər taksi sifariş verən kimi getdikləri yolun məbləğini öyrənə biləcək.

Uberdə həmçinin ardıcıl istiqamətlər üçün də xüsusi panel yaradılıb. Bundan başqa təyinat nöqtəsi tək hansısa ünvan yox, o cümlədən telefon kitabçası ilə Uber arasında sinxronizasiya etmiş şəxs də ola bilər.

Artıq proqram daxilində istiqamətin dəqiq zamanı, həmçinin gedilən yolun izlənilməsini də həyata keçirmək mümkün olacaq. Proqram təminatçıları proqramın daxili interfeysini dəyişməyi də yaxın zamanda planlaşdırır.