Uber uçan taksilər istifadəyə verməyi planlaşdırır

Bu layihə yerüstü hərəkətin kifayət qədər rahatlaşmasına gətirib çıxaracaq.

Uber şirkəti özünün gələcəkdəki planlarını açıqlayıb. Bu planlardan ən heyrətə gətirəni isə dünyada ilk dəfə uçan taksi xidmətinin istifadəyə verilməsi olub. Şirkət 98 səhifəlik sənədində bu layihənin necə reallaşacağı barədə məlumat verib. Şirkətin verdiyi məlumata görə bu maşınlar tamamilə elektriklə işləyəcəklər və ekoloji cəhətdən təmiz maşınlar olacaq. Bu planın yaxın 10 il ərzində həyata keçəcəyi planlaşdırılır.

Uber bu taksi xidmətinin adi avtomobillə müqayisədə vaxtı nəzərə çarpacaq dərəcədə qısaldacağını təsdiqləyir. Adi avtomobilin 2 saat 12 dəqiqəyə getdiyi yolu uçan taksilər 15 dəqiqəyə gedəcək.

Bu maşınları Uber şirkəti Elevate adlandıracaq. Uçan taksilər 1 dəfə doldurulmuş enerji ilə 100 mil qət edə, həmçinin yüksək mərtəbəli avtomobil dayanacaqlarına eniş edə biləcək.