Uber milyardlar itirir. Səbəb nədir?

Ən populyar taksi xidməti olan Uber 2016-cı ilin birinci yarısında 1.27 milyard dollar itirib. Hətta bu taksi xidmətinin ən populyar olduğu ABŞ-da da Uber nəzərə çarpacaq dərəcədə məbləğ itirib.

İlk illərdə Uber 520 milyon, növbəti illərdə isə  750 milyon dollar itirib. 2015-ci ildə isə şirkət 2 milyard dollar məbləğ itirən məhşur taksi xidməti bütün 7 illik fəaliyyəti dövründə 4 milyard ziyana düşüb.

Əsas itirilmiş məbləğin səbəbi Uberin sürücülərə təqdim etdiyi subsidiyalar olub. Bu barədə məlumatı şirkətin maliyyə şöbəsinin müdiri Qautam Qupta bildirib.

Hazırda şirkətin ümumi dəyəri 69 milyard təşkil edir.

Comments are closed.