Twitterin gəlirləri Facebookdan daha çoxdur

Bazar araşdırma agentliyi EMarketer ABŞ-da mobil reklamdan gəlir səviyyələri haqqında hesabat yayımlayıb. Proqnozlara əsaslansaq 2012-ci ilin nəticələrinə görə Twitter mobil reklamlardan Facebook-dan 2 dəfə daha çox gəlir əldə edəcək. Twitterin 2012-ci il üçün bu bazardan gəliri $129,7 mln, Facebookun gəlirləri isə $72.7 mlm təşkil edəcək. Və bütün bunlar ABŞ-da Facebookun (70 mln. istifadəçi) aylıq auditoriyasının Twitterin (32 mln.) bütün auditoriyasını iki dəfə üstələyi bir zamanda baş verir. Emarketerin analitiki Debra Vilyamson mövcud durumu bu cür şərh edir: “reklamın rahatlığı – çox vacib məqamdı və mikrobloqların üstünlüyü də mobil cihazlarla rahat inteqrasiyaya əsaslanır”. Ekspertlər Facebookun gəlir səviyyəsinin aşağı olmasının səbəbini onun mobil cihazlara gec baş vurmasında və Twitterin mobil reklam formalarına yüksək uyğunlaşmasında görürlər. Ancaq, EMarketerin hesablamalarına görə artıq 2013-cü ildə Facebookun mobil reklam gəlirləri Twitteri $114mln. keçəcək. Facebook gəlirləri $387mln.(mobil reklamdan gəlir bir il ərzində 5 dəfə artacaq), Twitter isə $273mln. təşkil edəcək. Bununla belə, hər iki şirkət şəksiz liderdən çox geridədirlər: Google ABŞ-ın mobil reklam bazarının yarısından çoxunu əlində saxlayır və bu ilin sonuna gəlirləri $1,4mlrd., 2013-cü ilə isə $3,6mlrd. olacaq.