Twitterdən yeni musiqi əməliyyatı

Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan Twitter, Apple mobil qurğularından istifadə edən istifadəçilərinin musiqi dinləməsi və paylaşması üçün bir əməliyyat üzərində çalışır. Twitter bu yeni əməliyyatı üçün Almaniya mərkəzli bir şirkətlə əməkdaşlıq edəcək.

Bloombergə açıqlama verən Twitterin CEO’su bu yeni əməliyyat üçün musiqi paylaşma xidməti verən Berlin mərkəzli “SoundCloud” şirkətiylə ortalıq edəcəyini açıqladı.

Twitter Yanvar ayında istifadəçilərin 6 saniyəlik video paylaşa bilmələrini təmin edən “Vine” xidmətini həyata keçirmişdi. SoundCloudun təmin edəcəyi xidmətlə, Twitter istifadəçilərinin mobil cihazlar ilə də  musiqi paylaşa biləcəklərini bildirdi.