Twitterdə London 2012 Olimpiadası (Statistika)

London 2012 olimpiadasını Facebook, Twitter və digər sosial media vasitələrində izləyənlərin sayı inanılmaz dərəcədə çoxdur. İdman növləri, idmançılar, onların qələbələri, məğlubiyətləri haqqında fikir səsləndirən insanların sayı hesabı yoxdur. Sosial media sanki hər kəsə London 2012 “jurnalisti” olma imkanı verir. Sosial şəbəklərin gücü bir daha hiss olunur.

Bəs bütün bu hadisələr dünya Twitter istifadəçiləri tərəfindən necə qarşılandı? Twitter London 2012 olimpiadasının izləyicisi sayına görə ən başlarda gəlir. Statistikalara əsasən olimpiadanın ilk 10 günündə 28.4 milyon London 2012 tweeti yayımlandığı görünür. Mass Relevance şirkətinə əsasən hər dəqiqə ortalama 2000-dən çox tweet yayımlanıb.

Amerikalı üzgüçü Michael Phelps cəmi 574,000 xatırlatma (mention) ilə ən çox tweetlənən idmançıdır Bundan başqa LeBron James, Usain Bolt, Tom Daley kimi idmançılar siyahıya liderlik edir.

Aşağıda təqdim etdiyimiz .PDF faylda siz Mass Relevance və NBC.com şirkətlərindən əldə edilmiş statistikalara nəzər sala bilərsiniz. Bizimlə fikirləriniz bölüşməyi unutmayın.

http://www.nodmag.com/wp-content/uploads/2012/08/MassRelevanceOlympicsIG.pdf