Twitter və yüz milyon dollarlıq əməkdaşlıq

Twitter dünyanın qabaqda gedən bir çox şirkətlərinə reklam vermək adına yüz milyonlarla dollarlıq razılaşma imzaladı. Financial Times-ın gizli mənbələrdən əldə etdiyi məlumata görə, ABŞ-ın Starcom MediaVest Group-u (SMG) ilə razılaşan Twitter yüz milyon dollarlıq əməkdaşlığa başladı.
Twitter-in televiziya dünyası ilə olan əlaqəsini də gücləndirəcəyi gözlənilən razılaşma haqqında danışan Twitter qlobal gəlir rəhbəri Adam Bain, “Bizə qalsa sənaye yalnış sahəyə fokuslanmış vəziyyətdədir, Twitter və televiziya arasında seçim etmək səhvi yerinə, Twitter bir körpü meydana gətirəcək” dedi. Bain qısa müddət əvvəl qlobal media şəbəkəsi News Corp-tan Twitterə transfer edilmişdi.
Financial Times Twitterin televiziya dünyası üçün qazandığı əhəmiyyətin mobil cihazlarla artdığını ifadə etdi. Araşdırma şirkəti olan Nielsen-in hesabatına görə, televiziya izlərkən ictimai mediaya girən və mobil cihaz istifadə edən insan sayı gedərək artır. Bu razılaşma çərçivəsində, SMG-nin müştərilərindən Procter & Gamble, Walmart, Microsoft və Coca-Cola kimi bir çox böyük şirkət, Twitter-də reklam sahəsi ala biləcək. Bundan başqa, Twitter vasitəsilə araşdırma və məlumatların təhlili də mümkün olacaq, ‘In-tweet mobile survey’ xidmətiylə mikroblog üzərindən istehlakçılarla real sorğu ediləcəyi gözlənilir.
Starcom MediaVest Group səlahiyyətlisi Laura Desmond, “Twitter çox qısa bir zaman içində təcrübi bir cəhdin çox böyük bir hadisəyə çevrilə biləcəyini hər kəsə sübut etməyi bacardı”
Qlobal şirkətlərin hər il televiziya reklamına xərclədiyi pul təxminən 205 milyard dollardır. Bu rəqəmin ictimai media və mobil cihazlarla dəyişməyə başlayacağı gözlənilir. Twitter bir il içində iki qat artırmış olduğu gəlirini reklamlarla daha da artırmağa hazırlaşır.
eMarketer saytına görə, 2012-ci ildə 288.3 milyon dollar gəlir əldə edən Twitter, 2013 bu rəqəmi 582.8 milyon dollara qaldıracağını ifadə etdi.