Twitter maynakları ifşa olundu

Twitter-də azyaşlıların istismar olunması ilə bağlı şəkillər yayan bəzi istifadəçilərin hesabları uzun çəkən mübarizədən sonra RedHack-in səyləri nəticəsində tutuldu.
İngilis mediasının bildirdiyinə əsasən, kompüter piratlar tərəfindən ifşa olunan bəzi istifadəçilər sosial şəbəkələrdə uşaqlara qarşı cinsi zorakılıq nümayiş etdirdiklərinə görə əvvəlcə şəxsiyyətləri müəyyənləşdirildi, daha sonra isə hesabları Twitter tərəfindən bağlandı.
RedHack onları ifşa etdi
Sözü gedən görüntüləri yayılan istifadəçiləri ifşa edən RedHack 20-ə qədər hesabın bağlandığını bildirdi. Mərkəzi İngiltərədə yerləşən Uşaqlara qarşı Zorakılıqla Mübarizə Qrupunun verdiyi məlumata əsasən, bağlanılan hesablarla bağlı dindirilmə Twitter-in yerləşdiyi ABŞ-da aparılacaqdır.
İngiltərənin Uşaq İstismarı və Online Qoruma Mərkəzi də ən az dörd Twitter hesabı haqqında 30-a yaxın şikayət aldığını bildirdi.
Twitter-in rəsmi məlumatına əsasən, belə bir hala rast gəlinərsə, dərhal həmin şəxsin hesabının bağlanacaq.