Twitter İnternet Explorerdə işləməyəcək

Əvvəllər demək olar ki, rəqibi olmayan və dünyada ən çox istifadə edilən web brauzer olan İnternet Explorer Google Chrome və Yandexin yaranmasından və yeniliklərindən sonra sadiq istifadəçilərinə güvənərək kiçik yeniləmələrdən başqa demək olar ki, heç bir hərəkət etmədi və illər boyu lider olduğu kürsünü Google Chroma təhvil verdi. Hələ də heç bir yenilik etməyən İnternet Explorerə daha bir pis xəbər Twitterdən gəldi.

Internet istifadəçiləri ilə eyni fikirdə olan Twitter kifayət qədər yeni olmadığı iddiası ilə İnternet Explorerin 6-cı və 7-ci versiyalarından Twitteri ləğv etməyə qərar verdiyini bildirdi.

Internet brauzerindən bir web saytının çıxmasından heç nə itirməyəcəyini düşünsə də, dünyada ən çox ziyarət olunan 5 saytdan biri olan Twitteri itirmək çox böyük bir itki sayılmalıdır. Internet istifadəçiləri üçün hər zaman daha sürətli və daha yeni qaynaqların maraqlı olduğu virtual aləmdə Twitterin bu qərarı heç şübhəsiz ki, əksər Explorer istifadəçilərini başqa brauzerlərə yönləndirəcəkdir.