Twitter Instagramı Facebookdan Əvvəl Ala bilərdi

“Facebook ilə milyard dollarlıq müqavilədən bir neçə həftə öncə Instagramın rəhbəri Kevin Sistrom fotoservisin 525 milyon dollara Twitter-ə satılacağına söz olaraq razılıq vermişdi, amma daha sonra sözlərini geri götürüb”, The New York Times qəzeti anonim mənbəyə dayanaraq bu məlumatı verir. Nəticədə Instagramın yeni sahibi, Facebook sosial platformasının təsisçisi Mark Zukerberq oldu.

Times mətbu nəşrinin məlumatına görə, Instagram ilə danışıqlar zamanı Twitterin rəhbərliyi təklif olunan müqavilənin əsas şərtlərinə razılıq bildiribmiş. Sonradan Sistrom onların şirkətinin Facebookdan başqa heş bir şirkətdən rəsmi təklif və ya öncədən hər hansı razılıq almadıqlarını bəyan etdi.

Fotoservisin Facebook tərəfindən alındıqdan sonra Twitter ilə Instagram və Facebook arasında münasibətlər korlanıb. Ayın əvvəlində Instagram öz tətbiqetməsində Twitteri dəstəkləməyi söndürüb. Buna cavab olaraq isə bir müddət öncə Twitter öz fotofilterlərini təqdim etdi.

Hələ ki, nə Twitter, nə də Facebook yaranmış vəziyyəti şərh etmirlər.