Twitter-da pul qazanın!

Artıq Twitter-da pul qazanmaq mümkün olacaq.

Belə ki, Twitter öz platformasında video yayım etməklə istifadəçilərə pul qazandıran yenilik tətbiq edib.

İstifadəçilərin reklamlar vasitəsiylə pul qazanma seçimlərini artırmaq hədəfində olan bu yenilik, sosial şəbəkə aləminə yeni nəfəs gətirməsi gözlənilir.

Müxtəlif kateqoriyalı videoların baxış sayı, retweet və favorit statistikasına uyğun olaraq videoları paylaşan istifadəçilər gəlir əldə edəcək.

Yeniliyin təfərrüatlarının tezliklə geniş şəkildə açıqlanacağı deyilir.