Twitter artıq yenilənir

Twitter sosial şəbəkəsi iOS, Android və Mac OS üçün yenilənmiş müştəri proqram təminatı versiyalarını buraxır.

 

ICTnews  bildirir ki, yeni versiyalarda, istifadəçilərin müvafiq platformalarda göstərdikləri bəzi nöqsanlar aradan qaldırılıb. Burada eyni zamanda axtarışın və müxtəlif platformalarda Twitterin bütün müştəriləri arasında birbaşa arabağlantıların sinxronizasiya sisteminin işi yaxşılaşdırılıb.

Twitter DM (Direct Messages) sinxronizasiya sisteminin reallaşdırılması, istifadəçiyə  öncə digər qurğudan oxunmuş mesajlar haqda alınan bildirişləri almamağa imkan verir. Sistemdə bu günədək mobil qurğuların istifadəçiləri ilə stolüstü kompüterlərin istifadəçiləri arasında məlumatların paylaşması mövcud deyildi. Hazırda isə sistemə məlumatın idarə olunması və markalanması üzrə vahid funksiya daxil edilib.
Daha bir vacib yenilik, istifadəçi axtarılan sözü bitirmədən öncə düzgün sözləri təqdim edən  axtarış sisteminin tətbiqidir.

Twitter müştərisinin iOS-versiyası, mikrobloqinq şəbəkəsinə sürətlə məlumatlar göndərməyə imkan verən, yenilənmiş tvit redaktoru əldə edib.