Twitter-a 72 yeni smaylik gəlir!

Son dövlər aparılan statistik araşdırmalar Twitter-ın Facebook, Instagram və Snapchat kimi şəbəkələrdən xeyli geri qaldığını göstərir. Bu səbəbdən Twitter öz platformasına yeniliklər gətirməklə son dövrlər bu fərqi aradan qaldırmağa çalışır.

Saytdakı GIF fotoların dahada yaxşılaşdırılması və NBA, MLS kimi geniş kütlələrin izlədiyi liqaların Twitter-dan canlı yayımlanması bu addımlardan bir neçəsidir.

Twitter eyni zamanda,  istifadəçilərinə daha yaxşı xidmət təqdim etmək üçün Unicode 9 versiyası ilə çalışan ilk sosial şəbəkə oldu.

Unicode 9-un gətirdiyi yeniliklərdən biri də yeni smayliklərdir. Belə ki, Unicode 9 ilə 72 yeni smaylik istifadəçilərin xidmətinə veriləcək.

16-07/14/clh8x3gvaaaf1pl-1468474342.jpg

Bir məqam var ki, bu yeni smayliklər hələlik sadəcə şəbəkənin veb versiyasında aktiv olacaq. Növbəti yeniləmə ilə aktivləşəcək smayliklərin daha insancıl xarakter alacağını da qeyd edək.