Transformers-in yeni personajını Siz müəyyən edin

Transformers öz tarixində bir yeniliyə imza atdı

Yeni Transformersin növbəti personajini dünyanın dörd bir tərəfindəki pərəstişkarları müəyyən edəcək.

Istehsal etdiyi oyuncaqlar, reytinqləri qıran filmlər, cizgi filmləri və o cümlədən, ikoniyalı personajları ilə milyonlarla pərəstişkarı olan Transformers öz tarixində tam fərqli bir işə imza atdı. Belə ki, bütün Transformers pərəstişkarları yeni Transformers personajını müəyyən etmək üçün dünya miqyasında keçirilən bir səsverməyə dəvət olunurlar. Transformers dünyasına qatılacaq yeni personajı müəyyən etmək üçün son səsvermə tarixi may ayının 5-idir.

Yeni personajı pərəstişkarları müəyyən edəcək.

Transformers 2014-cü ildə 30 yaşını böyük bir təntənə ilə qeyd edəcək və bu məqsədlə dünya miqyasında keçiriləcək bu əyləncəli səsverməyə Siz də qoşulmaq istəyirsinizsə, Transformers ünvanına daxil olmaqla “Fan Built Bot” səsverməsinə qatıla bilərsiniz. Sizin verdiyiniz səslərlə tarixə düşəcək yeni Transformers personajını ele indicə müəyyən edin!

Onu da qeyd edək ki, pərəstişkarlarının səsverməsi ilə müəyyən olunacaq yeni Transformers personajı hər ilə San Dieqoda keçirilən Comic-Con-da açıqlanacaq və brendin 30-cü yaşında Transformers oyuncaqları və cizgi filmlərində istifadə olunacaq.