The Independent qəzeti kağızla vidalaşır!

İngiltərənin ən yüksək tirajlı qəzetlərindən olan The Independent qəzeti kağızla vidalaşır.

2003-cü ildə daha kompakt formada nəşr olunmağa başlayan və bu addımıyla ölkə mediasına köklü dəyişiklik edən qəzet, daha bir radikal addım atmağa hazırlaşır. 2003-cü ildəki məlum addımıyla satışını xeyli artıran qəzet dijital yayıma keçməyi planlaşdırır.

Oxucuların artıq dijital mediaya üstünlük verməsi The Independent rəhbərliyini bu qərarı verməyə məcbur edib. Verilən rəsmi açıqlamaya görə, qəzetin son kağız nəşri 26 mart tarixində ediləcək və qəzet öz yayım həyatını dijital platformada davam etdirəcək.

Göründüyü kimi, dünyaca məşhur qəzetlər belə dijital mediaya olan marağa tab gətirə bilmirlər. Qəzetlərə olan münasibətin gələcək illərdə daha da pisləşəcəyini söyləyə bilərik…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *