Texnologiyanın müsbət keyfiyyətləri

Texnologiyanın faydaları

Müasir dövrdə həyatımızı texnoloji vasitələrdən ayrı təsəvvür etmək çox çətindir. Texnologiya insanların həyatında çox mühüm rol oynayır, elə sənayenin inkişaf etməsində də texnologiyanın rolu əvəzsizdir.

Texnologiyanın faydalarını aşağıdakı kimi göstərə bilərik:

1. İnternetin sayəsində dünyanın bir ucundan tutmuş digər ucuna qədər istənilən məlumatı əldə edə bilərik və istənilən insanla əlaqə saxlaya bilərik.
2. Texnologiya sayəsində insanlar öz həyatlarını daha da asanlaşdırır, edəcəkləri işləri rahat və qısa zaman çərçivəsində edə bilirlər. Misal üçün, evlərdə istifadə olunan paltaryuyan, qabyuyan kimi avadanlıqlardan istifadə etməklə saatlarla vaxtınızı ala biləcək işləri olduqca qısa müddətə edə bilərsiniz. Evinizdə olan bəzi cihazlar vasitəsilə həm məlumatları və ərzaqları saxlaya bilər, həm də edəcəyiniz işləri sürətli və asan bir şəkildə, hətta tək bir düyməyə basmaqla edə bilərsiniz, bununla da enerjiyə qənaət etmiş olursunuz.
3. Texnologiya tibb sahəsində də olduqca faydalıdır və insanların həyatına öz müsbət təsirini göstərməkdədir. Əvvəllər lazımi cihazlar olmadığına görə, insanlar xəstəlikləri barədə çox gec bilirdi, təkmilləşmiş texnologiya sayəsində isə insanlar mütəmadi olaraq səhhətindəki problemlər barədə məlumat əldə bilər.
4. Təhsil sahəsində də texnologiyanın rolu böyükdür. Misal üçün, episkop, proyektor, televizor və s. kimi vasitələrlə məktəb və universitetlərdə şagirdlər əyani üsulla dərsi daha yaxşı qavraya bilərlər.
5. Texnologiyanın başqa bir faydası ondan ibarətdir ki, insanların düşüncələri və duyğuları daha böyük insan kütləsinə asanlıqla ötürülə bilər. Mətbuat sayəsində yüzlərlə kitab nəşr olunmuşdur və insanlar bu kitabları oxumaqla öz dünyagörüşlərini artırmışlar. Bundan əlavə, internet, qəzet, televiziya, radio və digər ünsiyyət alətləri vasitəsi ilə dünyada baş verən istənilən hadisə barədə məlumat əldə edə etmək mümkündür.
6. Texnologiya nəqliyyat sahəsində də çox faydalıdır. Əvvəllər müəyyən bir yerə getmək üçün həftələr, aylar lazım idi. İndi isə texnologiya sayəsində bu iş çox asanlaşdı, yaxın yerə getmək üçün avtomobillərdən, uzaq yerlərə getmək üçün isə qatar, təyyarə, gəmi və s. kimi nəqliyyat vasitələrindən istifadə etmək olar.