Telltale Games-dən yeni oyun

2012-ci ilin ən yaxşı oyunu mükafatını alan The Walking Dead-in yaradıcısı Telltale Games yeni bir oyun üzərində çalışır.  The Walking Dead 2-dən əvvəl çıxması planlaşdırılan oyunun adının The Wolf Among Us olacağı bildirilib. The Walking Dead kimi bu oyun da cizgi roman əsasında yaradılıb (“Fables”). Oyun qaydası The Walking Dead-ə bənzər olacaq.  “Fables” romanı da The Walking Dead kimi olduqca bəyənilir. Bölümlər halında yayımlanması düşünülən The Wolf Among Us PC, Playstation 3 və Xbox 360 kimi platformlar üçün olacağı açıqlansa da, oyunun çıxış tarixi hələ tam olaraq açıqlanmayıb.