Telefonunuzda zərərli proqramın olub-olmadığını müəyyən etməyin 5 yolu

Telefonunuzda zərərli proqramın olduğunu bilməyin 5 yolu
Bitdefender Android cihazlarında zərərli proqramın olub olmadığını anlamağınız üçün 5 üsuldan istifadə etməyi məsləhət görür.
Dünyanın ən nüfuzlu təhlükəsizlik təminatçılarından biri olan Bitdefender şirkəti bu nəticəyə gəlmişdir ki, 2012-ci ilin son altı ayında Android əməliyyat sistemini üçün çıxan yeni zərərli proqramların sayı 6 aya görə 92 % artmışdır. Bitdefender şirkəti Android cihazlarında zərərli proqramların olub olmamasını bilməyiniz üçün çox bəsit 5 üsullardan istifadə etməyinizi məsləhət görür.
Android telefonlarının ağıllı telefon bazarlarında sahib olduğu üstünlük və satış reklamları Android cihazları vasitəsilə kiber cinayətlərin törədilməsi üçün bir oyuncağa çevrilməsinə səbəb olmuşdur. Dünyanın ən məşhur informasiya təhlükəsizliyi şirkətlərindən olan Bitdefender şirkətinin apardığı araşdırrmalara əsasən, təkcə 2012-ci ilin ikinci yarısında Android cihazları üçün yaradılan zərərli proqramların sayı 92 % artmışdır.
Zərərli proqramlar təhlükəsizlik tənzimləmələri ilə eyni deyil
Android cihazlarında olan zərərli proqramlar təhlükəsizlik tənzimləmələri ilə əlaqəli olmayan standart istifadəçilər üçün gün keçdikcə müəyyən etmək daha da çətinləşir. Ancaq bunları müəyyənləşdirmək üçün heç də kompüter mühəndisi və ya proqramçı olmaq lazım deyil. Bəzi nüanslara diqqət etməklə istənilən istifadəçi asanlıqla Android cihazlarında zərərli proqramları aşkar edə bilər.
1. Artan telefon fakturası
Zərərli Android proqramları adətən cihazlara düşdükdən sonra xüsusi nömrələrə ismarış göndərilir. Və bunun üçün telefonunuzun balansını yoxlasanız müəyyən edə bilərsiniz, amma bir çoxumuz ehtiyac olduğu təqdirdə balansını yoxlayır, digərləri isə yalnız zəng və ismarış göndərdikdə balansına baxır.
2. Artan məlumat istifadəsi
Mobil cihazlardakı zərərli proqramların arasında ən məşhur metod cihazınız sizin xəbəriniz olmadan e-mail göndərilir və yaxud məlumat paylaşılır. Bunu başa düşmək üçün aylıq məlumat istifadənizi yoxlamaq lazımdır.
3. Azalan batareya
Telefonunuzun batareyasının nə üçün tez tükəndiyini bilmək istəyirsinizsə, cihazınızdakı zərərli proqramların olması mümkün variantlardan biridir. Əvvəl istifadə etdiyiniz zaman batareyanızın ömrü ilə indiki arasında kəskin fərq varsa, deməli cihazınızda ciddi problem var.
4. Düşən cihaz performansı
Cihazınızdan istifadə edərkən, xüsusilə internetdən nəsə bir şey yükləyərkən, ismarış yazarkən, oxuyarkən və ya ümumiyyətlə hər hansı bir əməliyyatı yerınə yetirərkən donma, yubanma və s. kimi hallar baş verirsə, o zaman bunlar zərərli proqramın olmasının ilkin göstəriciləridir.
5.Kəsilən danışıqlar
Mobil telefonlarda danışıqların qəflətən kəsilməsi və ya gələn zəng və ismarışların vaxtında bildirilməməsi həmin zərərli proqramların olmasına işarədir.
Buna görə də telefonunuza hər hansı proqramı yazarkən diqqətli olun.