Nokia: Yeni Symbian smartfonlar daha olmayacaq

Bir müddət internetdə gəzən Nokianın Symbian əməliyyat sistemində daha smartfon buraxmayacağı barədə şayələr öz təsdiqini tapıb. Şirkət elan edib ki, keçən ilin fevral ayında təqdim edilmiş PureView 808 smartfonu doğrudan da Symbian bazasında işləyən sonuncu cihaz olacaq.

“2012-ci ilin ortalarında satışa buraxılmış və bizim şəkillərlə işləmə potensialımızı göstərən Nokia 808 PureView smartfonu həqiqətən Symbian əməliyyat sistemi bazasında son cihazdır”,
-Nokianın bəyanatında belə deyilir.

Sonuncu Symbian cihazı haqqında şayələrin uzun müddət gəzməsinə baxmayaraq, şirkət son maliyyə rübü ərzində Symbian bazasında 2,2 milyon telefon sata bilmişdir. Bu göstərici Windows Phone əməliyyat sistemində satılan smartfonların təxmini yarısı deməkdir.