Surface pərakəndə satışda

Microsoft dünən, Windows RT bazasında olan Surface planşetini xarici satıcılar vasitəsiylə yaymağa hazırlaşdığını bəyan etmişdir. Planın həyata keçirilməsi bu ilin dekabr ayının ortasına nəzərdə tutulub. Şirkətin bu addımı atmasına əsas səbəb, satışlardan razı qalmamasıdır.

ABŞ və Avstraliya pərakəndə satıcıları yaxın günlərdə artıq planşetin satışını həyata keçirməyə başlayacaqlar. Microsoft həmçinin xəbər verib ki, yaxın aylarda pərakəndə satıcıların və ölkələrin sayı artacaq. Hal-hazırda ABŞ və Kanadanın rəsmi Microsoft mağazalarından əldə etmək mümkündür. Cihazı həmçinin Avstraliya, Kanada, Çin, Almaniya, Fransa və Böyük Britanıyanın online mağazalarından əldə etmək olar.

“Bizim məqsədimiz yaxın bir il ərzində Surface planşetinin pərakəndə satış kanallarının genişləndirilməsidir. Bu və ya digər mağazaların daha çox maraq göstərməsindən asılı olaraq biz onlara hətta digər mağazalardan daha tez cihazlarla təmin olunmasını təklif edirik”,
– Microsoft şirkətinin satış və marketinq üzrə vitse prezidenti Stiv Şuler bəyan etmişdir.

Pərakəndə mərkəzləri 3 variantda Surface planşeti alacaqlar: Touch Cover qoruyucu örtüksüz 32 Gb yaddaşa sahib model, həmçinin Touch Cover örtüklü, 32 və 64 Gb yaddaşa malik modellər. Ən ucuz model 499 dollara satılacaq. Bu qiymətə qoruyucu örtük-klaviatura Touch Cover daxil deyil. Onu ayrıca 119 dollara almaq mümkündür.

ABŞ-da Surface RT-nin yayılması ilə Staples, Best Buy və Walmart kimi pərakəndə satış nəhəngləri məşğul olacaq

P.S. Bunlardan əlavə məlum olub ki, Microsoft öz işçilərinə Surface planşetini pulsuz paylayır. Bu haqda Microsoftun baş proqramisti Ceffa Vikkostanın twitter hesabında xəbər verilir.