Microsoft 3 saata mağazalarda olan bütün Surface Pro planşetləri satıb

Dünən tam olaraq Windows 8 Pro əməliyyat sistemi üzərində olan Surface planşetinin rəsmi satışı başlayıb. Microfostun verdiyi xəbərə görə şirkətin rəsmi web səhifəsində satışlara start verildiyi andan 3 saatdan da az bir vaxt keçmiş bütün cihazlar artıq satılmışdır.

Redmond texnologiya nəhəngi tələbin çox böyük olduğunu vurğulayıb və ən tez bir zamanda cihazın təchizatı ilə bağlı problemləri həll edəcəyinə söz verib

«Surface Pro planşetinin çıxışına müştəri reaksiyası çox möhtəşəm olub.  Biz hal-hazırda anbarlarında 128-Gb versiya Surface Pro bitmiş retail partnorlarımızla cihazın fasiləsiz təchiz olunması üçün aktiv olaraq çalışırıq. Əsas məqsəd hər bir Surface Pro alıcısı ən tez bir zamanda yeni cihazlarını əldə etsin»,

– Surface şöbəsinin müdiri,  Panos Peney bu haqqda məlumat verib.

Hal hazırda Surface Pro planşeti yalnız Microsoft Store rəsmi mağazalarında deyil, həmçinin digər Staples, Best Buy, Future Shop kimi retail mərkəzlərində satışdadı.