Su Keçirməyən Klaviatura

Gigiyena və təmizlik həvəskarları üçün Logitechdən xoş xəbər gəlib. Şirkət 11 inç dərinlikdə suya batırılmasına baxmayaraq su keçirməyən və su ilə yuyula bilən yeni model klaviaturasını elan edib. Sizdən öncə kimsə əllərini yumadan klaviaturanıza toxunubsa narahat olmayın. Artıq klaviaturanızı “bəy hamamında kisələmək” mümkündür.

Logitechin bu yeni model K310 yuyula bilən klaviaturası elə dizayn edilib ki, yuyulduqdan sonra xüsusi “kanalizasiya” mexanizmi sayəsində tezliklə quruyur. Hərf və rəqəmlər düymələrə xüsusi lazer UV təbəqə ilə yerləşdirildiyi üçün silinmə təhlükəsi yoxdur. Standard düymələrdən başqa klaviaturada xüsusi funksiyalara malik düymələr də yerləşdirilib. Su keçirməyən klaviaturada brauzer, email, kalkulyator və media pleyeri bir başa açmaq üçün düymələr mövcuddur.

Klaviaturanı təxminən 40 AZN-dən əldə etmək mümkün olacaq.