Su ilə enerji əldə etmək mümkün olacaq

Telefonumuza enerji yığmaq məsələsində adətən problem yaşamırıq. Lakin elektriklə təchizatın zəif və ya təhlükəsiz olmadığı yerlərdə bu məsələ yaxın zamanda həllini tapmalı olan problem kimi qarşıda durur.

İsveçin Stokholm şəhərinin KTH Royal İnstitute of Technology tərəfindən işlənib hazırlanan dünyanın ilk su ilə enerji yığa bilən cihazı telefonunuzun batareyasını dolduracaq qədər enerji istehsal edə bilir.

Cihazda işlədəcəyiniz suyun tozlu, çirkli olub-olmaması vacib deyil, hər hansı mənbədən əldə etdiyiniz suyu istifadə edə bilərsiniz. MyFC Power Trekk enerji cihazı mikro hücrə texnologiyasından istifadə edir. Su, cihazın içərisindəki metal diskə təmas etdikdə hidrogen qazı əmələ gəlir. Oksigenlə reaksiyaya girən hidrogen kimyəvi enerji əmələ gətirir və bu, elektrik enerjisinə çevrilir. Cihaz üzərindəki microUSB portu ilə  enerjini  telefonunuza ötürə bilirsiniz.

Cihazın ən böyük problemi hazırlanması başa çatdıqda 229 dollar kimi yüksək qiymətə satılacaq olmasıdır. Onunla birlikdə tərkibində natrium-silisium olan “disklərdən” də almalısınız. Bu disklər su ilə kimyəvi reaksiyaya girə bilmək üçün lazım olan “sulu natrium-silisium” və hidrogeni əmələ gətirir. Disklərin üçü 12 dollara satılır. Hər diski bir dəfə istifadə edə bilərsiniz, lakin yalnız bir diski istifadə etməklə cihaza iki dəfə enerji yığa bilərsiniz.

PowerTrekk hələ ki bir qədər bahalı olsa da, istehsalçısı MyFC dünya miqyasında 11 ölkə ilə satış barəsində razılığa gəlmişdir. Lakin cihazın qiyməti aşağı düşmədən qısa müddətdə yayıla bilməsi çətin görünür.