Steve Jobsun 7 Uğursuz Məhsulu

Apple Lisa

Bu ad nəticəsində Lisa Simpson böyük “Mapple” azarkeşinə çevirsə də, gərək xanım Simpson bunu yenidən gözdən keçirsin. Çünki bu məhsul heç də Apple tarixinin uğur səhifəsi sayılmır. Şaiyələrə görə Apple şirkəti bu məhsulun artıq qalan böyük həcmli inventarını Utah ştatının Logan şəhərində dəfn edib. GUI əsaslı bu sistem böyük texnologiya uğuru sayılmağına baxmayaraq əməlli başlı satış fəlakəti idi. Hələ 1983-cü ildə Apple şirkəti üçün 50 milyon dollar mühəndislik, 100 milyon dollar proqramçılıq və development xərcinə başa gələn bu məhsul sadəcə 10 000 parça satılmışdı.

NeXT

Ərsəyə gətirdiyi şirkətdən bir müddətlik uzaqlaşan Steve Jobs özünün növbəti addımını atdı. Kaliforniya ştatının Redwood City şəhərinə yerləşən Steve Jobs özünün növbəti kompüter şirkəti olan NeXT-i yaratdı. Əsasən PC OS və iki nəsil “workstation” istehsal etməklə məşğul olan şirkət, kompüterlərdə Jobsun Apple üçün seçdiyi mürəkkəb qarası kontrastından – qar bəyaz rənginə kimi olan çalarlardan istifadə edirdi. NeXT şirkəti kiçik uğur qazanmağa başladığı anda Apple şirkəti tərəfindən məğlub edildi və bazarda öz varlığını yekunlaşdırdı. Əslində şirkət hansı uğura sahib olmağından daha çox hansı uğura səbəb olmağı ilə yadda qaldı. Belə ki, Tim Berners-Lee 1991-ci ildə bu platformanı istifadə edərək ilk internet brauzerini və ilk veb serveri ortaya çıxarmışdı.

 Apple III

Apple III məhsulu bizə çox dəyərli bir dərs verir: mühəndis işini marketoloqa həvalə etmə. Apple şirkətinin qurucularından Steve Wozniak deyir ki, 1980-ci ildə ərsəyə gələn Apple III məhsulunun başlanğıcı və istiqaməti marketinq komandasından gəlirdi. Məhsul o dərəcə qeyri-stabil idi ki, bazara çıxarıldığı tarixdən təxminən bir il sonra istehsalı dayandırıldı və bazardan çıxarıldı.

Twentieth Anniversary Macintosh

Apple şirkəti öz 20-ci yubileyinə çox hazırlıqlı gəlmişdi. Yeni istehsal etdiyi, göz bəzəyən Apple kompüteri yubiley gecəsində xeyli alqış görmüşdü. Öz metal və yaşıl rəngli dizaynı, bilək erqonomikasını nəzərə alan  rezin klaviatura, Bose səsləndiricilər və digər yeniliklərlə təqdim olunan İyirminci Yubiley Makintoşu təxminən 7500 dollara satışa çıxarıldı. İstehsal olunmuş 12000 ədəd məhsulun heç də gözlənildiyi kimi çoxu satılmadı. Son istehsal partiyasının qiymətini 2000 dollara qədər endirən şirkət nəticələrdən heç də razı deyildi. Bu məhsul da Apple şirkətinin uğursuzluq səhifəsinə yazıldı.

ROKR

Əgər dostunuz sizə 90-cı illərin Nokia telefonlarına oxşayan, əslində isə sizin iTunes musiqilərini oxutma qabiliyətinə malik Motorola telefonu göstərsə təəccüblənməyin. Motorola ROKR telefonu 2005-ci ildə istehsal olunmağa başlamışdı və iTunes musiqilərini dinləmə imkanı verirdi. 100 musiqi həcminə malik və kifayət qədər yavaş köçürmə sürətinə malik telefonun ömrü uzun çəkmədi. Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, nə qədər qeyri-adi səslənsə də həm Google, həm də Apple şirkəti ROKR patentinə sahibdir.

Power Mac G4 Cube

Apple şirkətinin yeni uğursuz məhsulu sayılan G4 Cube sadəcə 2000 və 2001-ci illər arasında satışa çıxarılmışdı. Porselen qablaşdırmaya malik olan bu məhsulun məqsədi yüksək qrafika və sürətli əməliyyat sistemi təqdim etmək idi. Daha çox media faylların ekrana çıxarılması üçün istifadə olunan bu məhsulun qeyri-mütənasib qiyməti bazarda heç də rəğbətlə qarşılanmadı. 1600 dollara satılan bu məhsulun ömrü cəmi bir il çəkdi.

MobileMe

Hazırki iCloud funksiyalarını görmək məqsədi ilə ortaya çıxarılmış MobileMe heç də arzuolunan nəticəni vermədi. “Buggy launch” sonrası Steve Jobs bütün komandanı yığdı və bu məhsula xitam qərarı alındı. Daha çox abunə mexanizmi ilə çalışan MobileMe məhsulu dayandırılmadan öncə hər kəsdən şəkilləri və digər faylları yükləmələri ilə bağlı xəbərdarlıqlar göndərildi. Daha sonra isə iCloud məhsulu təqdim edildi. MobileMe istifadəçilərinin emailləri isə bazadan silindi. Apple şirkətinin rəsmi saytında da MobileMe xidmətinin bağlandığına dair elan görə bilərsiniz.