Startup Azərbaycan Yarımfinalçıları seçilib

Startup Azərbaycan  Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupların  ilkin qiymətləndirilməsinin nəticələri müzakirə edilib.
Məlum olduğu kimi  43 startup Startup Azərbaycan Müsabiqəsinə qatılmaqla bağlı müraciət etsə də TK tərəfindən Qaydalara uyğun olan 26 startup yarışmaya qəbul edilib.  Startup Azərbaycan Ekspert Komissiyasının 10 üzvü Müsabiqəyə qəbul edilən startupları  mövcud kriteriyalara uyğun olaraq qiymətləndiriblər.
Ekspertlər startup layihələrinin təqdim etdikləri  məlumatlar əsasında  Layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi , komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar.
Ekspertlərin qiymətləndirmənin nəticələrinə əsasən  Startup Azərbaycan TK-nın qərarı ilə
15 startup Startup Azərbaycan yarışmasında Yarımfinalçı seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb.
Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün əhatəli biznes-planlar təqdim etməlidirlər. Bu məqsədlə  Startup Azərbaycan Yarımfinalçıları üçün 8 iyun tarixdə xüsusi Təlimlər təşkil olunacaq.
Təlim prosesində yarımfinalçılar  biznes-planların yazılması, onların İnvestorlar üçün  təqdimatlar hazırlaması, İnvestorlarla görüşlərə hazırlanması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə edəcəklər. Təlim prosesində xarici ekspertlər də iştirak edəcək.
2-ci mərhələ səsvermədə startupların birbaşa Ekspertlər qarşısında öz layihələri ilə bağlı Təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.
Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında Startup Azərbaycanın Finalçılarını müəyyən edəcəklər.
Startup Azərbaycan tədbirlərinin yekununda Finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin 30 iyun tarixdə keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfiPro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az

Startup Azərbaycan  TK
Tel :      492-44-44
Veb:     www.startup.az
E-mail: info@startup.az
Twitter @startupaze
FB :      fb.com/startupazerbaijan