Startup Azərbaycan Qafqaz Toplantısı keçirilib

14 Aprel tarixində Qafqaz  Universitetində Startup Azərbaycan layihəsi çərçivəsində Universitet rəhbərliyi görüşü və Universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə Toplantı keçirilib.

Görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Saniç Startup Azərbaycan komandasının üzvlərini qəbul edib. Görüşdə Universitetin  Texnopark müdiri İsa Qasımov və  Kompüter Mühəndisliyi departamentinin rəhbəri Abzətddin  Adamov, Startup Azərbaycan  Təşkilat Komitəsinin üzvləri Osman Gündüz, Ülvi Aslanov və Ayaz Quliyev iştirak ediblər.

Görüşdə Startup Azərbaycan layihəsi haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı  fikri mübadiləsi aparılıb.

Görüşdən dərhal sonra Universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş Toplantı keçirilib. Təşkilat Komitəsini üzvü Osman Gündüz  və Ülvi Aslanov Toplantı iştirakçılarına  Startup Azərbaycan layihəsi haqqında geniş məlumat veriblər. Müsabiqədə iştirak qaydaları haqqında, layihələrin qiymətləndirilməsi , investorlarla münasibətlərin qurulması ilə bağlı məlumatlar verilib. Toplantı iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonra Toplantı iştirakçılarına konkret bir startup layihəsinin formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. Multibon layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib. O təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, İnternet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar təqdim edib. Sonda tədbir iştirakçılarının  sualları cavablandırılıb.

Startup Azərbaycan TK  bildirir ki,  aprelin  20-də Xəzər   Universitetində və aprelin 27-də Sumqayıt  şəhərində belə Toplantıların keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfipro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.
Geniş məlumat : www.startup.az
Konfransın foto materialları: https://www.facebook.com/media/set/?set=a.511039212288748.1073741828.486851951374141

StartUp Azərbaycan TK
492 -44 44

www.startup.az
info@startup.az
@startupaze
fb.com/startupazerbaijan