Startup Azərbaycan Memorandum imzaladı və Təlim keçdi

Startup Azərbaycan  Müsabiqəsində növbəti mərhələdə mübarizə aparmaq şansı əldə edən Yarımfinalçılar üçün Təlimlər keçirilib.
Məlum olduğu kimi Startup Azərbaycan yarışmasına  qatılan 26 layihədən peşəkar ekspertlərinin qiymətləndirməsi əsasında  15 layihə yarımfinala çıxıb.

Təlimlərin keçirilməsində beynəlxalq ekspert Rando Parna (Avropa, Seed Forum), həmçinin Rüstəm Əliyev (Skype) , Məmməd Kərimov (MAK), startuplar üzrə ekspert Nail Vəliyev ( London ), Fərid Kazımov ( İKT İnformasiya Mərkəzi)  və Qərib Mehdiyev ( ABŞ, İT şirkət) iştirak ediblər. Təlimçilər xeyli maraqlı təqdimatlarla çıxış ediblər, beynəlxalq və yerli İnternet bazarın xüsusiyyətləri ilə bağlı dolğun nümunələr, məlumatlar  təqdim ediblər.

Təlim prosesində yarımfinalçılar  startup layihələri üçün biznes-planların yazılması, İnternet bazarın və risklərin dəyərləndirilməsi, layihələrin  İnvestorlara təqdim edilməsi, İnvestorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında bilik və bacarıqlar əldə ediblər.
Sonda Təlimçilər startup  iştirakçılarını maraqlandıran  çoxsaylı sualları cavablandırıblar.
Təlim iştirakçıları olan yarımfinalçılar əldə etdikləri bilik və bacarıqlar əsasında yenidən əhatəli biznes-planlar hazırlamalı və Startup Azərbaycan Ekspert Şurasına təqdim etməlidirlər.
Həmçinin yarımfinalçıların ekspertlər qarşısında öz Layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri də nəzərdə tutulub.
Ekspertlərin yekun qiymətləndirməsi əsasında Finalçılar seçiləcək.

Təlimlərin yekununda Beynəlxalq Seed Forum təşkilatı ilə Startup Azərbaycan arasında gələcək əməkdaşlıq haqqında və bu quruma üzvlüyə daxil olmaqla bağlı Memorandum imzalanıb. Memorandum Seed Forumun Regional meneceri  Rando Parna və Azərbaycan İnternet Forumunun prezidenti, Startup Azərbaycan TK üzvü Osman Gündüz tərəfindən imzalanıb.

Startup Azərbaycan Yekun Təqdimat mərasiminin  iyun ayının sonunda keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.
Microsoft, İnfiPro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az
Təlimlərdən hazırlanan fotomateriallar : https://www.facebook.com/media/set/?set=a.535355193190483.1073741835.486851951374141&type=1

Startup Azərbaycan  TK
Tel :      492-44-44
Veb:     www.startup.az
E-mail: info@startup.az
Twitter @startupaze
FB :      fb.com/startupazerbaijan