“Start” düyməsi Windows 8-də

 

Start” düyməsi Windows 8 əməliyyat sisteminə qaytarılır. Əvvəlki versiyalarının əsas elementinin Windows 8-də olmaması istifadəçilərdə çaşqınlıq yaratdığından korporasiya onu Windows 8.1 yeniləmə paketinə əlavə edib.

Iyunun 26-da təqdim ediləcək yenilənmiş versiyanı pulsuz yükləmək mümkün olacaq.

Windows 8-ə görə ilk böyük Windows 8.1 yenilənmə paketi istifadçilərə bu imkanı verməklə yanaşı sistemi yeni Metro interfeysinin start ekranından yan keçməklə işçi masası rejimində yükləməyə imkan verəcək.