Yeni flaqmanlar Sony Xperia Z və Xperia ZL: qiyməti, şəkil və məlumat

Sony şirkəti təsadüfən rəsmi web səhifələrində iki gizli mobil yeniliyini göstərib — Xperia Z və Xperia ZL. Çox qısa bir zaman səhifədə qalmasına baxmayaraq şəkilləri yadda saxlamaq üçün kifayət edib.

Böyük ehtimal bu cihazlar daha əvvllər Yuga və Odin adları ilə gözlədiyimiz flaqman smartfonlardır. Gözlənildiyi kimi Yuga Xperia Z rəsmi adını aldı, Odin isə Xperia X deyil Xperia ZL adını daşıyacaq.

Vyetnam resursu SeCafe xəbər verir ki, hər iki cihazın içi eyni olacaq, ancaq xarici fərqlilikləri olacaq. Xperia ZL cihazının uzunluğu qısa(şəkildən görmək olar), amma daha qalın və ağır olacaq. Xperia Z arxa paneli şüşə, Xperia ZL də isə plastik materialdan hazırlanmışdır.

Həmçinin xəbər verilir ki, smartfonlar IP57 sertifikatı alacaqlar, bundan başqa dörd-nüvəli çip Qualcomm Snapdragon S4 Pro, 2 Gb operativ yaddaş və 13 Meqapikselli Exmor RS kamerası ilə təchiz ediləcəklər.

Xperia ZL smartfonunun maraqlı detallarından biri aşağı hissəsində yerləşən yan kamerasıdır(Nokia N9’dakı kimi).
Xperia2

Xperia Z cihazının qiymətinin təxminən 655 dollar olacağı gözlənilir. Satışların başlanması isə mart ayına planlaşdırılır.

Xatırladaq ki, hər iki smartfon yaxın zamanda CES 2013 sərgisi çərçivəsində yapon şirkəti tərəfindən təqdim ediləcək.