Sony Xperia Z duş kabinində super modellə

Çexlər Sony Xperia Z smartfonunu necə təşviq etməyin yolun tapıblar. mobil operator T-Mobile şirkətinin pərakəndə satış mağazasında duş kabini quraşdırılıb. Bu kabində bikinidə olan qız smartfondan necə istifadə olunmasını nümayiş elətdirir. Qeyri-adi reklam kompaniyası çoxlu sayda insan kütləsinin marağına səbəb olub. Gələnlər təkcə yarı-çılpaq gözələ baxmağa deyil həmçinin Xperia Z smartfonunun doğrudan da keyfiyyətli göstəricilərini görməyə gəliblər.

Zərif cinsin nümayəndələri inciməsin deyə, bu nümayişdə kişi model də iştirak edib. Sony Xperia Z smartfonuna baxmağa gələnlərin çoxunun kişi olduğunu nəzərə alsaq onun çıxışı o qədər də uzun olmayıb. Aksiyanın əsas məqdəsi smartfonun su keçirməzliyinin nümayişi olub.

Xatırladaq ki, su keçirməyən korpusla yanaşı, Xperia Z smartfonu 5-düymlu HD-ekrana, 4-nüvəli prosessora, 13,1 Mp kameraya və Android 4,1 Jelly Bean əməliyyat sisteminə sahibdir.

Sony-Xperia-Z-1Sony-Xperia-Z-3
Sony-Xperia-Z-5