Sony Xperia E 2013-ün Fevralında Çıxacaq

İnternet mətbuatda yayımlanan məlumata görə Sony yeni Xperia E model smartfonunu 2013-üncü ilin əvvəlində, daha dəqiq desək Fevral ayında satışa çıxaracaq. Bu tarixdə smartfon ilk olaraq İngiltərə bazarına çıxarılacaq. Carphone tərəfindən verilən məlumata görə Sony Xperia E İngiltərə bazarında €159 (£130) radələrində satılacaq.

Bu smartfon qeyri-adi üstünlüyə sahib olmasa da, qiymət baxımından çox cazibdir. Sərfəli olduğunu nəzərə alsaq və 3,5 düym HVGA displeyini, Android Jelly Bean əməliyyat sistemini, 1 GHz prossesoru və 3,2 meqapiksel kameranı əlavə etsək məhsul xeyli cəlbedici hala gəlir.

Sony şirkəti məhsulun dəqiq buraxılış tarixini gizləsə də GSMA “Mobile World Congress 2013” (MWC 2013) ərəfəsində təqdim olunacağı istisna edilmir. Şirkətin ilin birinci rübündə belə bir məhsulla bazara çıxmağa çalışması heç də təəccüb doğurmur.