Sony Toshiba ilə tərəfdaş olacaq

Öz imkanlarını genişləndirmək planları quran Sony, Yaponiyanın sayılıb-seçilən şirkətlərindən olan Toshiba ilə müqavilə imzalayacaq. Sony-nin əməkdaşlıqda əsas məqsədi Toshiba-nın görüntü sensor vahidi ilə razılaşıb, öz kamera komponentlərini inkişaf etdirməkdir.

Qeyd edək ki, Sony smartfonların kamera komponenetlərində həmişə uğurla seçilib. Reuter agentliyinin yayımladığı məlumata görə, Sony Toshiba-nın görüntü sensoru departamentini satın alaraq gücünə güc qatmağı planlaşdırır. Sony-nin smartfonlarda və DSLR cihazlarda istifadə etdiyi CMOS görünütü sensoru onsuzda şirkəti bu sahədə öncülərdən edir. Ediləcək mümkün tərəfdaşlıq isə Sony-nin işinə daha çox yarayacaq. Müqavilə bağlanılacaq ya yox bunu qarşıdakı günlərdə şahidi olacağıq…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *