Sony rəsmi olaraq PlayStation 4 təqdim edib

Sony şirkəti xüsusi tədbir çərçivəsində PlayStation 4 oyun konsolunu təqdim edib. Maraqlısı odur ki, bütün təqdimat boyunca şirkət bir dəfə də olsun konsolu göstərməyib, amma PlayStation 4-ün texniki göstəricilərini açıqlayıb.
PlayStation-42

Gözlənildiyi kimi, PlayStation 4 bir kristallı AMD prosessoru bazasında qurulub. Konfiqurasiyasına 8 prosessorlu Jaguar nüvə və 1,84 TFLOPS max. perfomans ilə son nəsil Raedon qrafikası  daxildir. GDDR5 tipli operativ yaddaşın həcmi 8 Gb-dır.
kontroller-DualShock-4

Göstəricilər sırasında sərt disk, Blu-Ray (6x) və DVD (8x), USB 3.0 port və köməkçi portlar, Ethernet şəbəkə adaptoru, Wi-Fi (802.11 b/g/n) və Bluetooth (2.1) modulları, HDMI yuvası, Analoq AV- çıxışı, həmçinin optik audio-çıxış S/PDIF qeyd edilir.
controller-DualShock-4-2

Gözlənildiyi kimi yeni DualShock nəzarətçi sistemi iki toxunuş dəstəkli touchpad, üç-oxlu hiroskop, üç-oxlu akselerometr, vibrator, işıq diodlu panel,  mono dinamik, micro USB portu, qulaqcıqlar üçün çıxış və 1000 mAh həcmli batareyaya sahibdir.
PlayStation-4-Eye

Əlavə olaraq  3D formatında 1280 x 800 genişlikli video çəkmə imkanına sahib 2 kameralı və keyfiyyətli optika (maksimal diafraqma f/2.0) və dörd kanallı mikrofon ilə PlayStation 4 Eye cihazını qeyd etmək lazım.
PlayStation-4-Eye-2

Xbox Live’in proqramlama üzrə direktoru Lari Xrib, həmçinin Mayor Nelson kimi tanınır, Twitter hesabında Sony şirkətinin bu orijinal yanaşması haqqında belə bir qeyd edib:
Larri_Xrib

«PlayStation yeni nəslini konsolun özünü göstərmədən təqdim etmək? Bu, sözsüz dahiyanə fikirdir».

Təqdimat ərzində Sony daha çox oyunlar və texnologiyalar haqqında danışıb. Qeyd etmək lazımdır ki, PS1, PS2 və PS3 oyunları cloud servis vasitəsilə istənilən Sony cihazında oynanıla bilər.
Remote-Play-

PS4 oyunlarını Remote Play funksiyası köməyi ilə, keyfiyyət itmədən PS Vita’da oynamaq mümkün olacaq.  Gaikai cloud servisi PS4-lə istənilən oyunu (demo-versiyasını) sınaqdan keçirməyə imkan yaradacaq.
support_old

PS4 konsolu native olaraq PS3 oyunlarını dəstəkləməyəcək. Böyük ehtimal bu cloud servis texnologiyaları vasitəsilə həyata keçiriləcək.

Təəssüf, hələ ki, PlayStation 4 qiyməti və satışların başlama tarixi açıqlanmır.