Sony IFA 2013 sərgisində Xperia Honami təqdim edəcək?!

Bu ilin sentyabr ayında Berlində keçiriləcək IFA 2013 sərgisinə, bir çox şirkətlər, digər şirkətlərdən daha məhsuldar yeniliklər təqdim etmək üçün səylə çalışır. Bu şirkətlərdən biri də, Sony şirkətidir. Sony, 4 sentyabrda keçiriləcək mətbuat konfransına dəvətnamələr göndərib.

Keçiriləcək, mətbuat konfransında, uzun müddətdir ki, haqqında bir çox şayələr gəzən, Sony Xperia Honami (Xperia i1) modelinin təqdim edilməsi gözlənilir. Deyilənə görə, Xperia Honami, 5 inç Full HD ekran, 2 GB RAM, Snapdragon 800 prosessor, 3000 mAh batareya gücü və ən əsas da 20 MP kamera ilə təchiz olunacağı gözlənilir.

 

Mənbə:android-az.com