Sony-dən su keçirməyən tablet

Sony,10.1 düym ekrana malik tabletlər sinfinin ən incə nümayəndəsini Mobil Dünya Konqresində təqdim etdi. Su keçirməyən Xperiya Tablet Z, sadəcə 6.9 mm qalınlığında və 490 qram ağırlığındadır. Sony, 6 ay əvvəl təqdim etdiyi Xperiya Tablet S-in ardından, Barselonada təşkil olunmuş “MWC 2013”-də yeni Android tabletini nümayiş etdirdi. Xperiya Tablet Z 10.1 düym (25,6 sm) ekran genişliyindəki ən incə tablet olmağı ilə seçilir. Tabletin xüsusi özəlliklərindən biri də, Sony Xperiya Z ağıllı telefonu kimi su keçirməməsidir. Ekran ölçüsü 1920×1200 olan tablet, mətbəx və ya hovuz kimi məkanlarda istifadəçilər üçün ideal ola bilər.

Cihazın mərkəzi sistemi S4 Pro-dur. Sistem sürəti 1.5 Ghz olan Xperiya Tablet Z, 2 GB RAM-a malikdir. Xperiya Tablet Z öndə 8, arxada isə 2.2 megapikselllik kameraya malikdir. Öndə kamera 1080p, arxada isə 720p video çəkiminə yararlıdır. Bu tablet İR Blaster pult özəlliyi ilə televizor, Blu-ray və DVD və ya teatr sistemləri üçün əvəzolunmaz idarəedici qurğu hesab olunur.