Son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb

2012-ci ildə əvvəlki illə müqayisədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65-dən 70-ə yüksəlib. Beləliklə, son 5 ildə internet istifadəçilərinin sayı 2 dəfə artıb.

 

Ölkədə internetin inkişafını son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumunun 12,9 dəfə artaraq 324 kbit/s-dən 4187 kbit/s-yə çatması da əyani sübut edir.

 

Ölkədə telekommunikasiya və internet infrastrukturunun inkişafı, fiber-optik kabel şəbəkəsinin genişlənməsi, xidmətlərin qiymətinin dəfələrlə aşağı düşməsi Azərbaycanda internetin inkişafını şərtləndirir.

 

Son 5 ildə internetin qiymətinin 12,5 dəfə azalması beynəlxalq internet kanalının  tutumunun da 12,9 dəfə artmasına səbəb olub.

 

Bununla yanaşı, müvafiq dövr ərzində internet xidmətləri bazarının həcmi də 4 dəfə böyüyüb. Ölkədə internetin inkişafı həm  də ölkənin kompüterləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır.

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2012-ci ilin yekunları üzrə aparılmış statistik təhlillərin nəticələrinə əsasən, ölkədə bütün ev təsərrüfatları arasında kompüteri olanların payı 47,7%, internetə çıxışı olanların payı isə 64,4% olub.

mənbə : http://www.mincom.gov.az