Snapchat irqçilikdə günahlandırılır!

Şübhəsiz ki, irqçilik bu gün bütün dünyanın ən böyük bəlalarından biri hesab olunur. Bu günlərdə son dövrlərin ən məşhur proqramlarından biri olan Snapchat də irqçiliklə günahlandırılır.

Belə ki, Snapchat-in yeni təqdim etdiyi Asiyalı filtiri istifadəçilər tərəfindən böyük narazılıqla qarşılanıb.

Snapchat rəsmiləri filtirdə yapon rəsm sənəti animedən ilhamlandığını desələrdə, sosial şəbəkələrdə Snapchat-ə şikayətlər gəlməyə davam edir.

Şikayətlər qarşısında aciz qalan Snapchat, filtiri proqramdan çıxarıb. Qeyd edək ki, bundan əvvəl Snapchat Bob Marley filtirində də irqçiliyə yer verdiyinə görə çoxsaylı şikayətlərə tuş gəlmişdi.

16-08/11/snapchat.jpg