Smartfonlar üçün Photoshop çıxıb

Uzun gözləmlərdən sonra Adobe şirkəti smartfonlar üçün Photoshop tətbiqetməsini buraxıb. Photoshop Touch tətbiqetməsi iPhone və Android cihazları üçün əlçatandır.

Bu proqram, şəkillərin redaktəsi üçün planşetlərə yönəlmiş proqram ilə praktiki olaraq eyni alətləri təklif edir. Photoshop Touch Google Play və App Stora-da var. 4,99 dollar ödəyərək tətbiqetməni yükləyə bilərsiniz. Photoshop Touch Photoshop’un ən yaxşı funksiyalarını özündə cəmləşdirir, hətta layer və filterləri. Əlavə olaraq sırf bu versiya üçün olan bir neçə orijinal alət də var.

Adobe Creative Cloud servisinin köməyi ilə layihələrə müxtəlif cihazlardan giriş təmin edilir. Misal üçün, smartfonda başladığınız hər hansı bir proekti sonradan planşetdə və ya personal kompüterinizdə tamamlaya bilərsiniz. Photoshop Touch Android (4.0 və yuxarı) və iOS (iOS 6.0 və yuxarı) əməliyyat sistemlərini dəstəkləyir.