Artıq bədən ölçüləri telefonla ölçüləcək

İngiltərədə smartfonlar üçün hazırlanan proqram vasitəsi ilə telefonların kameraları ilə bədən ölçüləri rahat şəkildə hesablanacaq.

Bu ən başlıcası onlayn paltar mağazaları üçün əlverişlidir. Çünkü hal hazırda internet üzərindən sifariş olunan paltarların adətən 60%-i ölçülərin uyğun gəlməməsi səbəbi ilə geri qaytarılır.

Texnologiya Surrey Universitetinin alimləri ilə London Dəb Kollecinin ekspertlərinin birgə əməyi nəticəsində hazırlanıb. Bu texnologiya telefonun kamerası vasitəsi ilə bədənin 3D ölçülü virtual modelini hazirlaya bilir. Hazırlanmış model əsasında sizin cari ölçüləriniz bilinir və rahat şəkildə sizin ölçülərinizə uyğun məhsulları sifariş edə bilirsiz.

London Dəb Kollecinin elmi işçisi Filip Delamor nəticələrin nə dərəcə uğurlu olacağını hələ ki deməyə çətinlik çəkir. Amma məhsul özünü doğrultduğu təqdirdə, kifayət qədər gəlirli olacağı gözlənilir.