Skype istifadəçilərini sevindirir

Artıq Skype istifadəçiləri dostları onlayn olmasa da, onlara video ismarıc göndərə biləcəklər.

Bu funksiya bu ilin fevralında təqdim olunsa da, bu vaxtda qədər sınaq mərhələsində olub.

“Skype”-ın verdiyi məlumata əsasən, “Video Messaging”  artıq sınaq mərhələsini bitirib və “Windows 8”, “Mac”, “iPhone”, “iPad”, “Android” və “BlackBerry” istifadəçiləri bundan yararlana bilər. Qeyd edək ki, video ismarıclarda texniki məhdudiyət olmasa da, bir ismarıcın müddəti 3 dəqiqədən çox ola bilməz