SimCity-nin Mac versiyasının çıxış tarixi açıqlandı

Ötən ayın əvvəlində uzun müddətdir ki, gözlənən SimCity oyununun PC versiyasını təqdim edən EA, təqdimatdan dərhal sonra yaranan problemlərə görə çətin anlar yaşadı. Artıq hər şeyin yolunda olduğunu düşünən şirkət Mac üçün SimCity versiyasının da çıxış tarixini açıqladı.

EA-nın verdiyi rəsmi açıqlamaya görə SimCity-nin Mac versiyası Origin platforması üzərindən təqdim ediləcək. Istifadəçilər həm Mac, həm də PC üzərində oynanılması mümkün olan versiyaları yükləyə bilərlər. Bu isə o deməkdir ki, əgər əvvəl PC versiyanı satın almısınızsa, heç bir ödəniş etmədən Mac versiyanı da yükləyib oynaya bilərsiniz. EA-nın bildirdiyinə görə mart ayının əvvəlində həyata keçirilən təqdimatdan bəri 1.3 milyondan daha çox PC versiyası satılıb.

Internet bağlantısına ehtiyacı olması SimCity EA və Maxis-in ən böyük problemi idi. Gözləniləndən daha çox tələb gəldiyi üçün EA-nın Origin təqdimatçıları təzyiqlə qarşılaşmış və hətta bir çox oyunçular oynaya bilməməsinə də səbəb olmuşdu. Şirkət əsas bazanı yeniləyərək problemləri həll etdi. Mac versiyanın çıxış tarixinin açıqlanması yeni oyunçular üçün də lazımlı bazanın yaradıldığı mənasına gəlir