Şifrələrinizi 6 ayda bir dəyişdirin

Türkiyədə insanların internetdəki şəxsi şirfələrini dəyişdirib dəyişdirmədiklərinə dair sorğu keçirilmişdir. 2013-cü ildə fevral ayında keçirilən sorğuda 698 nəfər iştirak edib. Sorğuda iştirak edənlərin 38%-i ayda bir dəfə şifrələrini dəyişdirdiklərini qeyd ediblər. 18% altı ayda bir dəfə, 14% ildə bir dəfə şifrələrini dəyişdirdiyini bildirib. Anketdə iştirak edənlərin 30%-i isə şifrələrini heç dəyişdirmədiklərini qeyd ediblər.

Eyni tip sorğu ABŞ-da da keçirilmişdir. Burada sorğunun nəticələri bir az fərqli olmuşdur. 46% insan şifrələrini idə bir dəfə, 31% insan altı ayda bir dəfə, 8% insan ayda bir dəfə, 16% insan isə şifrələrini heç dəyişdirmədiklərini deyiblər.

İT ekspertləretinin fikrinə görə isə internet  istifadəçilərinin şifrələrini altı ayda bir dəyişdirməli olduğu məlum olub. Hal-hazırda istifadəçilərin ən böyük problemlərindən biri də məhz şifrə oğurluğudur. Ona görə də ekspertlər bu məsələdə daha diqqətli olmağı məsləhət görürlər.