Siçanlar zibil qutusunamı gedəcək?

Siçan (mouse) ya da taçped (touchpad) olmadan kompüter istifadəsini mümkün edən Leap Motion üç ölçülü hərəkət qəbul edicilərini ilkin sifarişlə məhsulu satın alan müştərilərin istifadəsinə veriləcək.

Filmlərə də mövzu olan, əl və barmaq hərəkətləri ilə kompüterlərin idarə edilməsini təmin edən Leap Motion qəbul edici gündəlik həyatımıza daxil olmasına çox az bir müddət qaldı. Kompüterlə insan arasındakı qarşılıqlı təsiri maksimum səviyyəyə çıxarması gözlənilən sistemin ilkin sifarişlər üçün təyin olunan satış qiyməti 79.99 dollar olacaq.

Leap Motion hərəkət qəbul edicisi, Windows 7 və 8, və Mac OS X 10.7 və 10.8 əməliyyat sistemləriylə uyğun şəkildə işləyəcək.

Təxminən kibrit qutusu böyüklüyündəki qəbul edici, yüksək sürətli reaksiya müddəti ilə diqqətləri  çəkir.