Səxavətli Zukerberq

Facebook yaradıcısı Mark Zukerberq gözəl ürəyiaçıqlıq nümunəsi göstərib. Sahibkar 500 milyon dəyərində hissə sənədləri paketini xeyriyyə işinə ayırıb.

Daha dəqiq desək, Zukerberq 498 800 000 dollar dəyərində qiymətləndirilən 18 milyon ədəd qiymətli kağızı ilə ayrılmaq qərarına gəlib. Vəsait Silikon vadisinin xeyriyyə fondu olan Community Foundation’a göndəriləcək. Bu sosial şəbəkə sahibinin indiyənə kimi etdiyi ən səxavətli yardım idi. Misal üçün, iki il öncə Zukerberq Nyu-Cersi məktəbinə 100 milyon pul ayırmışdır.

Təbii bu yarım milyard onun cibidə elə bir problemlər yaratmayacaq. Onun sərvəti 9 milyard dollar həcmində qiymətləndirilir. Xərcləyərsən, xərcləyərsən bitməz. Mark 2010-cu ildə milyarderlər Vorren Baffet və Bil Qeytsin digər varlı adamların da öz sərvətlərinin yarısını xeyriyyə işlərinə xərcləməsi çağırışını bəyənmişdir və dəstəkləmişdir. İndi isə Facebook yaradıcısı nümunə olaraq göstərdi ki, onları yalnız sözlə deyil, əməli ilə də dəstəkləyir.