Şəffaf Smartfonlar Artıq Bazara Çıxarılacaq

Sizə hamının filmlərdə gördüyü və xeyallarında canlandırdığı şəffaf ekranlı smartfonların artıq var olacağını desəm inanarsınız? Artıq inanmağa başlaya bilərsiniz.Tayvanlı bir firma şəffaf ekranlı Smartfonlar istehsal etməklə bağlı məsələdə çox vacib bir addım atdı.Dəyişdiriləbilən şüşə texnologiyası kimi adlanan bu Polytron ekranlı smartfonların ilk prototipinin görüntüsündə likit kristal molekullarından istifadə olunur.Ancaq sizin də bildiyiniz kimi indi batareya,sim kart,dinamikalar kimi şəffaf olmayan hissələr ehtiva edir və telefonun görüntüsü çoxda gözəl görsənmir.Bu problemin necə həll olunacağı haqqında hal hazırda dəqiq bir məlumat yoxdur.Xoş xəbər isə batareya və ekran arasındakı elektrik bağlantısının şəffaf naqillər vasitəsilə yerinə yetirilməsidir.

Deyilənə görə şəffaf smartfonların quruluşu açıq və bağlı vəziyyətlərdə fərqli olur.Yəni smartfon bağlı olduğu zaman bulanıq ağ bir görüntüyə sahib olarkən, işlək vəziyyətə gətirildiyində görüntünü əks etdirən şəffaf bir ekrana sahib olur.Batareya və ekran arasındakı elektrik bağlantısı gözlə görülməyən şəffaf naqillər vasitəsilə yerinə yetirilir.Ancaq şirkət daha münasib həll yollarını axtarır.Samsung və LG kimi firmalar da bu məsələ üzərində olduqca iddialı investisiyalarla çalışmağa davam edirlər.Ancaq istifadəçilərə təqdim olunması ilə bağlı hələki heç bir məlumat yoxdur.Tayvalı bu firmanın istehsal edəcəyi bu smartfonların isə ilin sonunda bazara çıxarılacağı gözlənilir.