Şəbəkə və telekomunikasiya sistemləri sahəsində təcrübənin təzahürü: Mikrolink

Şəbəkə və telekomunikasiya sistemləri sahəsində geniş təcrübəyə malik Mikrolink şirkətinin əsası 2000-ci ildə qoyulub və GSM sektorunda, şəbəkə və telekomunikasiya sistemlərinin geniş tətbiqi sahələrində 2013-cü ildən ölkəmizin paytaxtı Bakıda və MDB ölkələrində fəaliyyət göstərir.

Kathrein, Draka, Roxtec, Coiler, Narada, Fiamm və bu kimi məşhur brendlərin bu ölkələrdəki rəsmi distribütorudur. Şirkət layihə başlanğıcı mərhələsindən tam əməliyyata qədər düz və dəqiq layihə tətbiqləri, baxım, test və ölçü xidmətlərini təqdim edir və hər bir xidmət üçün öz sahəsində mütəxəssis olaraq, inkişafları yaxından təqib edən, praktik təşkilat quruluşu ilə 7/24 saat xidmət göstərir.

Müştərilərinə verdiyi xidmətin keyfiyyəti və şirkətin beynəlxalq iş standartlarına uyğunlaşmasının nəticəsi olaraq bir çox sertifikatlara layiq görülüb:

ISO 9001 Keyfiyyət Standartı
ISO 14001 Ətraf Mühitin İdarəetmə Sistem Auditi
OHSAS 18001 İş Sağlamlığı və İş Təhlükəsizliyi İdarəetmə Sistemi

Mikrolink bu il ölkəmizdə baş tutan Bakı 2015 1-ci Avropa Oyunlarına da öz töhvəsini verib. Belə ki, şirkətin əməkdaşlıq etdiyi TE Connectivity Amerika şirkəti ilə birgə dünya səviyyəli bir yarışın – Bakı 2015 Avropa oyunlarının Açılış və Bağlanış mərasimləriylə atletika yarışlarına ev sahibliyi edən 68 000 yerlik Bakı Olimpiya Stadionda DAS sistemli İnbuilding layihəsinin planlamasını, inteqrasiyasını və 12-28 iyun 2015-ci il tarixləri aralığında sistemin baxımını həyata keçirib.

DAS sistemi düz 32 sektorda 900, 1800, 2100 MHZ – 2G, 3G və 4G xidmətlərini təchiz edib və Azərbaycanın mobil operatorlarına xidmət edərək izdihamlı oyunlar zamanı 17 gün güclü, ardıcıl mobil rabitə xidmətini uğurla təmin edib.

FlexWave Prism 42 remote unit-dən ibarətdir ki, bunlar da stadionu, kənar əraziləri və Bakı Olimpiya Stadionun parklama ərazisində mobil şəbəkəni təchiz edir. Maksimum istifadə zamanı sistem, 40 GB endirmə trafiki, 15 GB yükləmə trafiki və hələ yalnız Azercell-də 4000 abunəçinin eyni anda 3G mobil rabitədən istifadəsini təmin edir.

Mikrolink şirkətinin bir əsas meyarı və devizi var: Yüksək xidmət keyfiyyəti və 100% müştəri məmnuniyyəti!