San Marino – Azərbaycan oyunu hansı kanalda canlı yayımlanacaq?

2018-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu səfərdə San Marinoya qarşı keçirəcək.

Qarşılaşmanı canlı yayımlayacaq kanal müəyyənləşib. Millimizin seçmə mərhələdəki ilk görüşü “İctimai” kanalından azarkeşlərə canlı təqdim olunacaq.

Qeyd edək ki, San Marino – Azərbaycan matçı sentyabrın 4-ü, saat 20:00-da keçiriləcək.