Samsung, Windows 8 əməliyyat sistemi üzərində işləyən tabletlər buraxacaq

Microsoft, Windows 8 sistemi üzərində satışa çıxarmağa hazırlaşdığı Surface tableti ilə öz rəqiblərinə qarşı böyük üstünlük qazana bilər. Buna baxmayaraq bir sıra şirkətlər artıq Windows 8 sistemli planşet istehsalı üçün öz razılıqların veriblər. Keçən həftə Acer Microsoftu Surface istehsalı qərarına görə tənqid etmişdi. Onların fikrincə bu qərar şirkətlərarası əməkdaşlığı zərbə altında qoyur. Buna baxmayaraq keçən həftə 4 şirkət – Asus, Dell, Lenovo və Samsung– Windows 8 bazasında planşetlər buraxmaq niyətlərini təsdiqləyiblər. Bu haqqda Microsoftun rəsmi bloqunda məlumat verilib, amma cihazların dəqiq buraxılma tarixi açıqlanmır. Window 8 cihaza öncədən yüklənmiş olacaq. Microsoft sistemi ayrıca məhsul kimi satmaq niyətində deyil. Platformanın geniş imkanlarını və Microsoftun dəstəyi ilə satıcıların təminatını nəzərə alsaq  payız aylarından planşet bazarında vəziyyətin dəyişəcəyini gözləmək olar. Hal hazırda Apple dünya bazarında lider mövqedədir. IDC dəyərləndirməsinə görə bu ilin ikinci rübünün hesabatlarında iPad-in bazar payı 68,2% təşkil edir. Windows 8 bazasında planşet buraxmaq istəyən şirkətlərin bazar payları isə belədir: Samsung, planşet bazarının 10%-i (Apple-dan sonra 2-ci yer), Asus Amazondan sonra 4-cü yerdədir (Amazon öz Kindle Fire məhsulu ilə bazarın 5%-nə sahibdir), Lenovo və Dell-in bazardakı vəziyyətləri isə çox zəifdir.