Samsung-un Galaxy J3 Pro modelinin mətbuat fotoları ortaya çıxdı

Samsung giriş səviyyəli yeni telefonu Galaxy J3 Pro-nu təqdim etmək üçün iyunun 18-ni gözləyir. 2017-ci ildə satışa çıxarılması planlaşdırılan telefon haqqında məlumatı ilk olaraq Çinin sənədləşdirmə qurumu TENAA vermişdi.

Çində təşkil olunacaq tədbir çərçivəsində təqdim olunan telefonun artıq mətbuat fotoları da ortaya çıxıb. Fotolara nəzər saldıqda görürük ki, Samsung Galaxy J3 Pro-nu da daha müasir dizayna üstünlük verib.

5 düym böyüklüyündə ekrana malik J3 Full HD Super Amoled ekrana sahib olacaq. Telefonun yaddaşı 2 GB RAM və artırıla bilən 16 GB yaddaşdan ibarətdir. J3 Pro-nun arxa kamerası 8 Meqapiksel, ön kamerası isə 5 Meqapiksel səviyyəsində olacaq.

Telefonun əməliyyat sisteminin Android 5.1.1 Lollipop olması gözlənilir.

16-06/02/samsung-galaxy-j3-2017-51.jpg

16-06/02/samsung-galaxy-j3-2017-gray-11.jpg